Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qız üstündə qətl törədilənin həbs müddəti uzadılıb

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Murad Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Murad Tağıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir aya qədər artırılıb.

İttihama görə, hadisə ötən ilin oktyabrın 24-də baş verib. Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev 1967-ci il təvəllüdlü Hamlet Novruzovu bıçaqlayaraq öldürüb. Məlum olub ki, hadisədən əvvəl Hamlet Novruzov və iki tanışı ilə yeyib-içiblər, sərxoş olan dostlar küçəyə çıxıblar. Bu zaman Hamletin yanında olan oğlan digər qız dostu ilə quçaqlaşıb öpüşüblər.

Bunu görən Murad Tağıyev onlara iradını bildirib. Bundan əsəbləşən Hamlet Novruzov Murad Tağıyevlə mübahisə edib. Murad Tağıyev özündə olan bıçağı Hamlet Novruzovun ürək nahiyəsinə sancıb.

Hamlet Novruzov hadisə yerində ölüb, Murad Tağıyev həbs edilib.

İstintaq orqanı tərəfindən Murad Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Prokurorluğunda istintaq davam edir.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »