Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə iyunun 24-ü saat 19:30 radələrində Nardaran-Pirşağa yolunun Pirşağa qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Elşən Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən velosipedçi, 1968-ci il təvəllüdlü Azad Zeynalovu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər
Bütün xəbərlər »