Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmsal jurnalistikada yeniliklər kəşf edildi

Jurnalistika hər gün daha çox rəqəmsal xarakter alır. Bu proses jurnalistlərdən müəyyən bacarıqları öyrənməyi tələb edir: mobil telefonla video çəkiliş, foto seçmə, istifadəçi əlavə etdikləri məzmun yaratmaq, radio, televiziya və veb saytında multimediya xəbərləri hazırlamaq və s.

Bəli, texnoloji inkişaf günümüzün əsas məsələsinə çevrilib: kommunikasiya vasitələri zamanla təkmilləşir və biz kabeldən kabelsiz cihazlara keçidin şahidi olduğumuz kimi, indi də rəqəmsal dünyadakı dəyişim içindəyik.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan edilən xüsusi karantin rejimi rəqəmsal hökumət quruculuğuna, elektron xidmətlərə olan tələbatı aşkara çıxardı.

Rəqəmsal savadlılığın yüksəldilməsi və elektron xidmətlərdən istifadəni kütləviləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramını reallaşdırdı. Elə vebinar formatında keçirilən və 4 gün davam edən təlimdə proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Həmin təlimdə bu cümlələrin müəllifi də iştirak edirdi. Təlimçilər Emin Musəvi, Şəfəq Mehralıyeva, Fariz Cəfərov, Vüsalə Səid Əyyub qızı, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşları və başqaları olublar.

Həm xəbərləmə, həm də proqramçılıq vərdişlərinin aşılandığı təlimdə iştirakçılarından rəqəmsal texnologiyaların və elektron hökumət alətlərinin istifadəsi istiqamətində onların fikri öyrənildi.

Təlimçilərin ümumi fikri belə oldu ki, günün tələbinə əsasən media qurumları öz xəbər istehsalı siyasətlərində mobil cihazları önə çəkir. Artıq mobil telefon ekranları xəbər manşetlərini əvəzləyir. Rəqəmsal informasiya artıq bir ağızdan deyil, çox ağızdan çıxıb yayıldığı üçün burada yayılan məlumat da kollektiv zəkanın məhsulu olur. Bu vəziyyət jurnalistlərə onu işarə edir ki, yeni mediada cərəyan edən çoxsaylı informasiya axınında “birinci mən paylaşım” psixologiyasına aldanıb məlumatı yoxlamamış ötürməsin.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »