Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğulduğu kəndə milyonlar xərcləyən milyarderi kəndlilər necə peşman etdilər - Foto

2013-cü ilsə çinli milyarder Çen Şen doğulduğu kəndi ayağa qaldırmaq qərarına gəlmişdi.

O, Quandun vilayətindəki Quanhu kəndində hamıya yeni imarət tikmək fikrinə düşmüşdü.

Bizimyol.info xəbər verir ki, Çen Şen istəyini həyata keçirməyi bacarmışdı. Milyarderin hesablamasına görə, 190 yeni ev inşa edilməliydi. Amma iş başlayanda daha 68 nəfər kənardan çıxaraq, əvvəllər bu kənddə yaşadığını bildirmişdi. Beləcə, 258 imarət tikilməli olmuşdu.

Doğulduğu kəndə milyonlar xərcləyən milyarderi kəndlilər necə peşman etdilər

Çen Şen imarətlərin inşasına 32 milyon dollar xərcləmişdi. Evlərin hər birinin 280 kvadratmetr ərazisi var idi. Bundan başqa, bağ, hovuz da nəzərdə tutulmuşdu. Çen Şen kəndə ümumilikdə 60 milyon dollar sərmayə qoymuşdu. Çünki insanların dolanması üçün donuz fermaları da inşa edilmişdi.

Amma hər şey milyarderin düşündüyü kimi olmayıb. İnsan tamahkarlığı bütün sərhədləri aşıb. Çen Şenin həmkəndliləri yeni evlərə sahib olandan sonra işləməmək qərarına gəliblər. Üstəlik, torpaq davası başlayıb. Tezliklə kənd viranə qalıb. Çen Şen o qədər sarsılıb ki, bir daha Quanhuya ayaq basmamağı qətiləşdirib.

Son xəbərlər
Bütün xəbərlər »