Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəxrəddin Qoca: “Yayda COVID-19-un yoluxma riskinin azalmasına dair ehtimal özünü doğrultmadı”

“Yay aylarında koronavirusun yayılma sürətinin düşməsi gözləntisi özünü doğrultmadı. Bu aylarda COVID-19-un yoluxma riskinin azalmasına aid elmi dəlillər də yoxdur”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir deyib ki, koronavirusun yoluxma sayının Türkiyədə 1000-dən aşağı endiyi halda, sonradan 1500-ə qədər artması da buna sübutdur.

F.Qoca deyib ki, hazırda ölkəsində COVID-19-un ikinci dalğa ilə yayılması gözlənmir.

Nazir onu da bildirib ki, həkim olmaq istəyən abituriyent sayı Türkiyədə bu il daha çoxdur. Nazir ali məktəblərə qəbul imtahanlarının tezləşdirilməsini Ümumdünya Səhiyyə Təşkilatının sentyabr ayından xəstəliyin yayılacağı ehtimalı ilə əlaqələndirib.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »