Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlmanlığı qəbul edən slavyan xalqları

Bütün slavyanlar xristian deyil. Osmanlı İmperiyasının dövründə Balkanlarda bir sıra xalqlar etiqad istiqamətini dəyişib, İslamı qəbul edib. Daha çox 4 xalqı fərqləndirmək mümkündür.

Bizimyol.info xəbər verir ki, hamıdan əvvəl boşnakların adını çəkmək lazımdır. Çünki bu xalq İslamı qəbul edəndən sonra öz dilini formalaşdırıb. İndi Bosniya və Herseqovinada müsəlman və slavyan adət-ənənələrinin necə eyni zamanda qorunmasını müşahidə etmək mümkündür. Düzdür, buranı tam İslam ölkəsi adlandırmaq olmaz. Qadınlar çox sərbəstdir, küçədə örtünməyə ehtiyac görmürlər. Spirtli içkiyə də məhdudiyyət yoxdur.

Məşhur rejissor Emir Kusturitsa da boşnakdır. Amma o, 2005-ci ildə pravoslavlığı seçib.

İslamı qəbul edən bolqarlar – pomaklar da müsəlmanlaşmış slavyanlardan sayılır. Bolqarca danışırlar, amma diqqətlə qulaq asanda türkcə xeyli söz eşitmək mümkündür. Doğrudur, pomaklar əsrlər əvvəl İslamı oz xoşu ilə qəbul etməyib və uzun müddət gizlicə xristianlığın qaydalarını yerinə yetirməyə çalışıblar. İndi də pomak qadınlar bir az fərqli örtünürlər. Onların başında ləçəyə bənzər örtük nəzərə çarpır.

Xristianlıq pomakların ruhunda qalıb. Spirtli içkiyə və nikaha qədər intim yaxınlığa “yox” demirlər.

Torbeşlər 15-18-ci əsrlərdə müsəlmanlaşmış makedonlardır. Öz dilləri var, amma sanki makedon və serb dillərinin qarışığında danışırlar. Ümumiyyətlə, torbeşlərə müxtəlif istiqamətlərdən təsir olub. Türk təsiri, Bolqarıstanla qırılmaz bağlar, alban icması. Pomaklara çox bənzəyirlər.

Kosovonun cənubunda yaşayan qoralılar da çoxdan müsəlmanlaşıblar. Serbcə bolqar dialekti ilə danışırlar. Balkan müharibəsi zamanı çox böyük zərbə almışdılar. İndi qoralıların çoxu Serbiyada yaşayır.

Bundan başqa xorvat, serb, sloven müsəlmanları, türkləşmiş monteneqrolular da var. Ümumiyyətlə, Balkan zonasında İslamın izlərinə çox yerdə rast gəlinir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »