Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkodan narazılıq artır

Rusiya mətbuatı son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenkodan daha çox yazmağa başlayıb.

Böyük ehtimalla enerji sövdələşmələrinin uğursuz alınması ruslarda ona qarşı qəzəb yaradıb. Amma Lukaşenkonun vəziyyətinin yaxşı olmamasını da etiraf etmək lazımdır.

Bizimyol.info xəbər verir ki, Belarus prezidentindən narazılıq artır. Ölkədə heç vaxt olmadığı qədər siyasi fəallıq müşahidə edilir. Etiraz aksiyaları bir-birini əvəz edir. Aşkar etiraz edənlərdən başqa gizlicə narazılığını çatdıranlar da var. Rusiya mətbuatının yazdığına görə, güc strukturlarının əməkdaşları sosial şəbəkələrdə özünəməxsus aksiyaya başlayıb. Onlar uniformanın yanına kağızda “Çıx get, sən bizim prezident deyilsən” yazılarını qoyaraq foto çəkir və müxtəlif səhifələrdə yerləşdirirlər. Etiraz edənlərin arasında hətta milli təhlükəsizlik sisteminin əməkdaşları da var. Halbuki Lukaşenko bir müddət əvvəl çıxışında məhz onların sayəsində ölkədə Ukraynadakı “Maydan” hadisələrinin təkrarlanmayacağına inam ifadə etmişdi.

Avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Lukaşenko 6-cı dəfə şansını sınamaq fikrindədir. Prezident namizədlərin bir çoxunu həbs etdirib. Əsas rəqib, Lukaşenkonun özündən də çox imza toplayan Viktor Babariko iyunun 18-də saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »