Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ və Rusiyanın müqayisəsi: sövet dövründə qiymətlər daha yüksək imiş

Postsovet məkanında, elə Azərbaycanda da yaşlı nəslin ümumi fikri belədir ki, SSRİ vaxtı dolanışıq daha yaxşı idi.

Halbuki yeniyetməliyi, gəncliyi o dövrə təsadüfən edənlər məvaciblərin necə aşağı olmasını yaxşı xatırlayır.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatında SSRİ vaxtı ilə indiki şərtlər müqayisə olunub. Maaşlara nisbət nəzərə alınanda onda qiymətlərin daha yüksək olması ortaya çıxır.

“Kanal Sovesti” mümkün qədər ədalətli müqayisə aparmağa çalışıb. Yazılanlara görə, SSRİ-də orta məvacib 120 rubl civarında idi. Rusiya Statistika Komitəsi ölkədə orta əməkhaqqının 47 min rubl olduğunu bildirir. Rus həmkarlar ədalət naminə bunun həqiqəti əks etdirmədiyini, müqayisə zamanı 37 min rublun meyar kimi götürülməsini məsləhət görür.

SSRİ-də baton çörək 22 qəpiyə idi. Yəni orta əməkhaqqının 0.18 faizinə bərabər sayılırdı. Rusiyada həmin batonu 40 rubla almaq mümkündür. Bu isə orta əməkhaqqının 0.092 faizi edir. Deməli, SSRİ-də çörək 2 dəfə baha imiş.

SSRİ-də süd 34 qəpiyə satılırdı. Rusiyada bu məhsulu 60 rubla almaq olar. Faizlər 0.28 və 0.16 alındı. Deməli, SSRİ-də süd 2 dəfəyə yaxın baha satılırmış.

Qənd SSRİ-nin əksər yerlərində 90 qəpiyə idi. Hərçənd, Azərbaycanda çox hallarda 1 rubla tapmaq olurdu. Biz yenə qiyməti 90 qəpikdən götürək (orta məvacibin 0.75 faizi). Rusiyada qəndin kilosu 50 rubldur (0.135). Bu dəfə fərq xeyli böyük – təxminən 6 dəfə oldu.

Qarabaşağın da qiyməti baha alınır. O vaxt kilosu 0.52 qəpiyə satılan məhsul indi 80 rubla təklif olunur. Faizlər bu dəfə 0.43 və 0.21 alınır. Yenə SSRİ-nin əleyhinə işləyən fakt.

10 yumurtanı 1 rubla almaq mümkün idi. Rusiyada qiymət 60 rubldur. Azı 5 dəfə ucuzlaşma baş verib (faizlər – 0.86 və 0.16). Kartof da eləcə. Təxminən 1.6 dəfə ucuzlaşma. SSRİ-də kartof 14 qəpiyə satılırdı. İndi piştaxtalarda orta qiymət 28 civarındadır (faizlər – 0.11 və 0.07).

Rəqəmlər SSRİ-də ucuzluqla bağlı bütün mifləri dağıdır.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »