Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Magistraturaya qəbul olunmaq üçün müsabiqənin nəticələri sabah elan olunacaq

Dövlət İmtahan Mərkəzi ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrlara müraciət edib.

DİM-dən Bizimyol.info-ya verilən məlumata görə, magistratura səviyyəsinə qəbul ounmaq üçün müsabiqənin nəticələri iyunun 25-də gün ərzində elan olunacaq.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi 8–21 iyun tarixlərində həyata keçirilib.

Bu müddət ərzində 11380 bakalavr (Azərbaycan bölməsi üzrə 10549, rus bölməsi üzrə 831) öz ərizəsini təsdiq edib. Lakin ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb.

Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (217125 Biznesin təşkili və idarə edilməsi; 217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.

Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin 25 iyun tarixində – gün ərzində elan olunması nəzərdə tutulur.

Paylaş »
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”
››› Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »