Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə toyların başlayacağı tarix açıqlandı

Türkiyədə toy mərasimlərin keçirilməsinə iyulun 1-dən etibarən icazə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi qərarla bağlı icra hakimiyyətlərinə təlimat göndərib.

Yoluxma riskini azaltmaq üçün toyların mümkün olduqca qısa vaxtda və açıq havada keçirilməsi tapşırılıb. Təlimata görə, toy məkanlarının girişlərində və masalarda dezinfeksiyaedici maddələr qoyulacaq, maska taxmaq məcburi olacaq. Nikah salonlarında sosial məsafə qaydalarına uyğun olaraq, masalar arasında məsafə ən az 1,5 metr, stullar arasında 60 santimetr olacaq. Bununla yanaşı qarşılanma və vida əsnasında əllə görüşməyə, kollektiv foto çəkilişlərə də icazə verilməyəcək.

Gəlin və bəyin rəqsi istisna olmaqla, heç bir rəqs və şouya icazə verilməyəcək.

Kənddə və ya küçədə keçirilən toylarda yemək üçün birdəfəlik istifadə üçün nəzərdə tutulan qablara üstünlük veriləcək.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »