Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda daha iki deputat COVID-19-a yoluxdu

Ermənistan parlamentinin iki üzvü koronavirus testindən keçdiklərini, pozitiv nəticə aldıqlarını bildiriblər.

“Report” xəbər verir ki, iqtidardakı Mənim Addımım Partiyasının nümayəndəsi Viktor Yengibaryan bununla bağlı “Facebook”da evdə təcrid vəziyyətində olduğunu, özünü yaxşı hiss etdiyini yazıb.

Daha sonra eyni partiyadan olan deputat Kristine Boqosyan da “Sputnik Armania”ya bildirib ki, yoluxduğunu ötən gün axşam öyrənsə də, artıq üç gündür özünü pis hiss etdiyi üçün işə çıxmır, hazırda isə evlərində təcrid vəziyyətindədir.

Ötən gün ölkə parlamentinin sədr müavini, Çiçəklənən Ermənistan partiyasının nümayəndəsi Vahe Enfiacyan da “Facebook” hesabından koronavirusa yoluxduğunu, səhhətindən hər hansı şikayətinin olmadığını açıqlamışdı. Sədr müavini Ermənistan parlamentinin koronavirusa yoluxan ilk üzvüdür.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »