Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq karantin rejiminin insanlara təsirindən danışdı
“Karantin rejimi nəticəsində insanların həyatında dəyişiklik, çətinlik müşahidə olunur. Buna səbəb ailələrdə artan iqtisadi problemlər, havaların isti keçməsi, insanlarda darıxma, ehtiyac, həsrət hissinin artmasıdır”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında psixoloq Könül Abbasova bildirib.

Könül Abbasova Könül Abbasova

Psixoloq deyib ki, yoluxma hallarının çoxalması karantin rejimin yenidən uzadılmasına və sərtləşməsinə səbəb oldu: “Əvvəlcə pandemiya dövrünün 2 aya yaxın sürən dövrünü xatırlayaq; pessimist, aqressiv, ipoxondrik düşüncələrin say çoxluğunun şahidi olduq. Halbuki optimist düşüncələr insanları stress faktorundan qoruyub xəstəliyə sərhəd çəkən ən böyük vasitədir. Yoluxma hallarının çoxalması pandemiyanın ciddi qəbul olunmamasından irəli gəldi. Pandemiya dünya praktikasında öyrənilməkdə olan gizli düşməndir.

Yeganə yolu qorunmaqdır. Psixoloji, fizioloji və sosioloji hətta bioloji təsirləri çoxdur. İnsanlar sosial məsuliyyəti dərk etmir. Koronavirusun (Covod-19) yaratdıgı psixoloji halları nəzərdən keçirək: İpoxondroya, depressiya, ruh düşkünlüyü, qorxu, təşviş-həyəcan, ailədaxili konfliktlər, sabaha görə narahatlıq...

Bütün bunları hamıya şamil etmək olmaz, insanların sosial-iqtisadi vəziyyətindən (rayon, kənd, həyət evi) asılı olaraq yaranır. Karantin dövründə rast gəlinən xüsusi hal-uşaqlar arasında davranış pozuntularıdır. Məktəb və bağçaların bağlanması onlara təsir etmişdir.

Bütün yaş qrupunda olan insanlarda narahatlıq, qorxu və təşviş halları daha çox müşahidə olunur. Bu isə immunitetin zəifləməsinə səbəb olur. Ona görə də gərgin vəziyyət yaratmamılıyıq, yaranmış gərginliyi uşaqların yanında müzakirə etməmək məsləhətdir. Daha soyuqqanlı olun, ailədaxili proqramlar tərtib edin moticasiyaedici filmlər izləyin, panika dolu qərarlar verməyin”.

Psixoloq bildirib ki, havaların isti keçməsi, ailə büdcəsinin yetərli olmaması, darıxma, ehtiyac, həsrət hissinin artması insanların həyatını çətinləşdirib: “Ən dəyərli olan ailənizin, sevdiklərinizin təhlükəsizliyidir, onları qorumaqdır. İki həftə həyatın sonu deyil, daha sağlam həyatın başlanğıcıdır. Ona görə də daha təmkinli və pozitiv olun”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »