Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankından iş adamları üçün daha bir imkan

Hər zaman müştərilərin yanında olan Azərbaycan Beynəlxalq Bankı qarantiyalarından faydalanan müştərilərin seçim imkanlarının artırılması, onların valyuta risklərindən sığortalanması üçün daha bir addım atıb. Bank xarici valyuta hesabında vəsaiti olan iş adamlarına həmin vəsaitin müvafiq ekvivalentinin bloklaşdırılması hesabına manatla qarantiya əldə etmək imkanı yaradıb.

Qeyd edək ki, indiyə qədər milli valyutada qarantiya əldə etməkdən ötrü iş adamları müvafiq məbləğdə xarici valyutanı manata çevirməli idilər. İndi isə Azərbaycan Beynəlxalq Bankında xarici valyutası olan müştərilərin manat qarantiyası əldə etmək üçün belə bir konvertasiya əməliyyatı həyata keçirmələrinə ehtiyac yoxdur.

Bank qarantiyası iş adamlarının tərəfdaşlıq imkanlarını genişləndirən, bu sahədə riskləri azaldan çox faydalı məhsuldur. Bütün dünyada biznes münasibətlərində bank qarantiyası xidmətindən geniş istifadə edilir. Bank tərəflərin bağlanmış əqd üzrə öhdəliklərini yerinə yetirəcəklərinə əvvəlcədən yazılı təminat verir. Beləliklə, biznes razılaşmalarının əldə olunması sürətlənir. Risklər aradan qalxmış olur.

Azərbaycan Beynəlxalq Bankı iş adamları üçün həm yerli səviyyədə, həm də xarici müxbir əlaqələri hesabına beynəlxalq miqyasda ən geniş qarantiya imkanları təqdim edən banklardandır. Bu sahədə zəngin təcrübəsi ilə bank sahibkarların biznesinə yaxından dəstək olur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
››› Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
››› Qazı əhaliyə ən ucuz satan ölkələr: Rusiya ikinci yerdədir
››› Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq
››› Bakıda “London taksisi” qəbirstanlığı və ya hər yenilikdə bir korrupsiya
››› Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"
››› Putin Əsədin “çəllək bombaları”ndan istifadə etməyə hazırlaşır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »