Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabad sakininin meyiti “Mercedes”in yük yerindən tapılıb

Qəsdən adam öldürməkdə ittiham olunan Şəki rayon sakinləri-33 yaşlı Ramin Samirov və 21 yaşlı Allahverdi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatındadır.

Ötən ilin noyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 48 yaşlı Elşən Abbasovun meyiti tapılıb.

Meyitin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, məlum olub ki, E.Abbasovun hər iki ayağı sındırılıb və o, başından aldığı daş zərbələri nəticəsində ölüb.

Araşdırmalar zamanı sözügedən qətldə şübhəli bilinən Allahverdi İsmayılovu və onun qohumu Ramin Şamilovu saxlayıblar.

İlkin ehtimallara görə, E.Abbasov saxlanılan şəxslərdən birinin qohumu olan qadınla yaxınlıq etmək istəyib. Lakin qadın razılaşmayıb. Amma E.Abbasov sonuncuya zəng vurmaqda davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb.

İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »