Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PA rəsmisi: “Ermənilər Azərbaycan ərazilərinin işğalından sonra sonra 120 yerin adını dəyişdiriblər”

“2006-ci ildə mənim AMEA-nın Tarix İnstitutu ilə birgə Azərbaycan və ingilis dillərində “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabı çap olunub. Kitabda 668 yaşayış məntəqəsinin adlarını sənədlərlə vermişik. Hətta 254 xaraba qalan kəndlərin də adını vermişik. Hansı ki, ermənilər indi də yaşamır orda. 2014-cü ildə həmin kitabın yeni nəşrini buraxdıq. Burda yer adlarının sayı 702-ə qədər artırılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib.

Onun sözlərinə görə, hazırda ermənilər bu prosesi işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda davam etdirirlər:

“Həmin ərazilərdəki azərbaycanlı yaşayış məntəqələrinə ermənilərin köçürülməsindən sonra 120 yer adı dəyişiblər. Ancaq ermənilər bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, tarix və ədalət bərpa olunacaq”.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »