Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus depressiyasından 264 milyon insan əziyyət çəkir

Holobiome amerikan startapı son klinik araşdırmalar nəticəsində yeni nəsil preparatlar- psixobiotiklər hazırlamaqla məşğuldur.

Psixobiotiklər nədir və insan sağlamlığı üçün hansı faydaları var?

Bizimyol.info xəbər verir ki, 2000-ci illərin əvvəllərindən etibarən həkimlər bağırsaq və beyinin qarşılıqlı əlaqəsini öyrənirlər. Aydın olub ki, bağırsaqlardakı mikrobiomların ümumi çəkisi 2 kilo təşkil edir. Bağırsaqlarda yerləşən mikroblar, bakteriyalar,viruslar, göbələklər özlərində müxtəlif informasiyalar daşıyırlar. Bu 20 milyon müxtəlif gen deməkdir.Müqayisə üçün deyək ki, insan orqanizmində 20 min gen var. Bu alimlərə onu deməyə əsas verir ki, bağırsaq bütövlükdə insan orqanizminə təsir etmək gücünə malikdir.

Bağırsaq hüceyrələri əsasən immunitetə təsir edir.Siçovullar üzərində aparılan eksperimentlər bu nəzəriyyəni təsdiqləyib. Canlı mikroorqanizmlərdən ibarət preparatlar bağırsağın florasını bərpa edir və probiotiklər adlanırlar.Onlarla insan artıq çoxdan tanış olub.İndi alimlər həmin preparatların yeni növünü -psixobiotikləri hazırlamaqla məşğuldurlar.

Psixobiotik termini ilk dəfə 2012-ci ildə irland mikrobioloqlar tərəfindən istifadə olunub.Mahiyyət etibarilə psixobiotiklər psixi xəstəliklərdən əziyyət çəkən pasiyentlərə yardım edən faydalı bakteriyalardır.

Holobiome şirkəti artıq 5 ildir bu preparatların hazırlanması ilə məşğuldur. Şirkət insan orqanizmindəki mikrobiomlardan ibarət böyük bir kolleksiya toplayıb. Gələcəkdə alimlər bütün bu nümunələr əsasında yuxusuzluq, panika, depressiya, qıcıqlanan bağırsaq sindromu kimi xəstəliklərə çarə tapılacağına ümid edirlər. Ümumiyyətlə, psixi xəstəliklərin müalicəsi beyində yox bağırsaqda aparıla bilər.

Hələlik bu layihəni çətinləşdirən tək səbəb hər bir insanda bakteriyaların fərdi toplusunun olmasıdır. Eləcə də bağırsaqların müdafiə xüsusiyyəti yeni növ bakteriyaların məskunlaşmasına imkan vermir.

Koronavirusa qədər depressiyanı XXI əsrin vəbası adlandırırdılar. Hələ pandemiyaya qədər ÜST-ün hesabamalarına görə bütün dünyada 264 milyon insan depressiyadan əziyyət çəkirdi.Pandemiya ilə bağlı tətbiq edilən karantin “karantin depressiyası” adlı yeni bir sindroma da yer açdı. Yaranmış böyük böhran mental sağlamlıq üçün də sınaq olacaq.Antidepresantlar isə hamıya faydalı deyil.Eyni bir preparat hər adama müxtəlif cür təsir göstərə bilir.

Harvard Tibb Məktəbinin araşdırmaları göstərib ki, xoşbəxtlik hormonu olan serotonin, dofamin, eləcə də qamma-aminoyağ turşuları əhval- ruhiyyəmizi idarə edir. Serotonin 90% istehsalı bağırsaqlarda, yemək zamanı yaranır.Depressiyaya qalib gəlmək üçün həkimlər sağlam və düzgün qidalanmanın da vacibliyini qeyd edirlər.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »