Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dəfə 102 “Qaynar xətti” vətəndaşdan polisə şikayət etdi - Video

Vətəndaş Daxili İşlər Nazirliyinin 102 “Qaynar xətti”nə 57 dəfə zəng etdiyi üçün onun özündən polisə şikayət edildi.

Bu barədə Bizimyol.info-ya vətəndaş Elxan Mirzəyev bildirib.

E.Mirzəyevin sözlərinə görə, qarşılaşdığı qanun pozuntuları ilə bağlı 102 “Qaynar xətti”nə dəfələrlə zəng edib şikayət edib: “Bakı Baş Polis İdarəsinin əməkdaşı Tural Şahəndiyev mənə zəng etdi. Polisə aid olmayan məsələlərlə bağlı şikayət etdiyimi bildirdi və mənimlə bağlı tədbir görüləcəyini bildirib. Məni idarəyə çağırdı. Mən də polisdən bildiriş tələb etdim. Soruşdum, dedi ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə mən cərimə olunacam”.

Heyvansevər olduğunu bildirən Elxan Mirzəyev qeyd edib ki, o, heyvanların istismar olunması ilə bağlı 102-yə zəng edib şikayət edib: “Məsələn, şəhərin mərkəzində, Nizamı küçəsində xəstə meymunlar gəlir əldə etmək üçün istismar olunur. Bu barədə 102-yə zəng edib şikayət etdim”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 (yüz) manat məbləğində cərimə edilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »