Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı uşaq sığınacağına hücum olub

Azərbaycanda uşaq sığınacağına hücum olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, gecə saatlarında Birliyin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum edilib.

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən K.Ağazadə vəziyyəti belə izah edib:

Kəmalə Ağazadə Kəmalə Ağazadə

“Sığınacağımıza bir ay əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 01:00-da hücum edib. Hər iki şəxs ünvanımıza təhqirlər yağdırdı, hədə-qorxu gəldi. Ətrafdakı binalarda yaşayan sakinlər şahiddirlər. 17 yaşlı qız bizə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən gətirilib.

Dünənki hadisə ilə bağlı DİN-nin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verdik. Qısa zamanda əraziyə gələn polis əməkdaşları onları sığınacağın ətrafından uzaqlaşdırdılar. Bu vəziyyət sığınacaqdakı uşaqlara da yaxşı təsir etmədi. Təbii ki, bu məqamlar binanın ətrafındakı təhlükəsizlik kameralarına düşüb. Həmin görüntülər də hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

K.Ağazadə həmin şəxslərin sığınacağa yerləşdirildikdən bir aydan sonra qızı görmək istəmələrinin səbəbinə də aydınlıq gətirib:

“Onların uşağı görmək istəmələrinə səbəb darıxmaları və ya qızın vəziyyətinin necə olması deyil. Səbəb odur ki, uşaq bizə gətiriləndə çox baxımsız, pis vəziyyətdə idi. Ana dediyi bibisi tərəfindən döyüldüyünü deyirdi. İnanın mənə, elə yaxşı, sakit uşaqdır. O zaman ekspertizaya göndərilmişdi. Nəhayət, qızın tibbi ekspertizasının nəticəsi məlum olub.

Bu insanlar da məsələni bildikləri üçün uşağı dilə tutub, izahatını dəyişməyə məcbur etmək istəyirlər. Əlavə olaraq qeyd edək ki, hər iki şəxs Xaçmaz rayon sakinləridir. Xüsusi rejimli karantin vəziyyətində bu şəxslərin Bakıya necə gəldiyini də başa düşə bilmirəm”.(Oxu.az)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »