Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Super hücrə buludu" İstanbulu alt-üst edib - Video

İyunun 23-də İstanbul şəhərində anomal hava şəraiti hökm sürüb. Meteoroloqların “Super hücrə buludu” adı verdikləri fırtına, qasırğa və burulğan şəhər həyatını iflic edib, küçələri sel suları basıb. Küləyin şiddətindən yollardakı yük avtomobilləri, TIR-lar belə aşıb. Evlərin zirzəmi və birinci mərtəbələri sular altında qalıb.

Bizimyol.info-nun məlumatına görə, analoji hava şəraiti iyunun 21-də Bursa, Sakarya, Eskişehir, Edirnə, Kocaeli, Balıkesir, Ordu və digər vilayətlərdə də baş verib, güclü sel və daşqın ciddi fəsadlar yaradıb. Güclü külək ağacları qırıb, maşınları sel aparıb. Şəhər mərkəzlərində yollar çöküb. Məhəllələr selin gətirdiyi daş, torpaq, lil yığını, ağac kötükləri ilə dolub. Bərpa və təmizlik işlərinə ağır texnikalar cəlb olunub. Əhaliyə külli miqdarda zərər dəyib.

Elə həmin gün Rusiyanın Moskva şəhərində güclü yağış və tufan nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb, ağaclar kökündən çıxaraq aşıb. Gün ərzində Rusiya paytaxtında aylıq normanın 70 faizi qədər yağıntı qeydə alınıb. Qonşu ölkələrdə yaşanan hava şəraiti ölkəmizdə də müşahidə olunub. Ötən gün Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Gədəbəyə qarın yağması ilə nəticələnib.

Bütün bu olanlar meteoroloqların ürküdücü proqnozu ilə nəticələnib. Onlar bildiriblər ki, baş verənlər super hücrə buludu deyilən güclü bulud sıxlaşmasının nəticəsidir və bundan sonra belə anomal hava ilə tez-tez qarşılaşacağıq.

Super hücrə isti və nəmli havanın toqquşması nəticəsində yaranır. Bu havaya soyuq külək də qarışınca İstanbulda müşahidə olunan qasırğa və şiddətli burulğan yarana bilir.Fırtınanın sürəti saatda 35-40 kilometrə çatır.

Son illər yaranmış iqlim dəyişikliyi həyatımıza özü ilə bərabər super hücrə buludu anlayışını da gətirəcək.

İlhamə Rəsulova

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »