Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis rəisi, atası və qardaşı virusa yoluxdu

Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcədə də atası və qardaşı koronavirusa yoluxub.

Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Məlumata görə, hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.

Mənbə deyir ki, Nizami rayonunda Hüseynəliyevlər polis işçiləri olmaqla yanaşı, böyük biznes şəbəkəsinə malik olan ailə kimi də tanınır. Onların Bakının bir çox rayonlarında obyektləri olduğu vurğulanır. Mənbə bütün bunlar haqqında redaksiyamızı bilgiləndirəcəyini bildirir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
Son xəbərlər
Bütün xəbərlər »