Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğru apardığı əşyaları sata bilmədiyinə görə geri qaytarıb - Foto

İngiltərinin Fenton şəhərində oğru soyduğu evin əşyalarını sonradan geri qaytarmaq qərarına gəlib.

Yalnız ona görə ki, oğurladıqlarını sata bilməyib.

Bizimyol.info xəbər verir ki, Staffordşir qraflığında yaşayan Ueyn Harrinqton oğurluqdan bir müddət sonra əşyaların pula getməyəcəyini anlayıb.

Ueyn Harrinqton Ueyn Harrinqton

Fenton şəhər sakini gec də olsa, ədalətli davranmaq qərarı verib. Amma 30 yaşlı oğrunun xoş niyyəti ona baha başa gəlib. Harrinqton əşyaları geri qaytaranda ev sahibi bundan xəbər tutub. Polis oğrunu həbs edib.

Harrinqton ilk dəfə deyil oğurluqla məşğul olur. Gənc oğru bundan əvvəl beş epizodda təqsirli bilinib. Amma Harrinqton 2013-cü ildən sonra heç vaxt polislə üz-üzə gəlməyib.

Hakim Pol Qlennin ədalətli davranmağa çalışan oğruya rəhmi gəlib, onu cəmi 9 aylıq azadlıqdan məhrum edib. Harrinqton, üstəlik, ev sahibinə 300 funt sterlinq (400 dollara yaxın) ödəməlidir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »