Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygöldə qəzada ölən və xəsarət alan ailə üzvlərinin şəxsiyyətləri məlum oldu

Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.

Hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı həlak olub.

Qəza zamanı habelə Namazova Gülnaz Məsim qızı, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu, onun qaynanası, habelə daha bir nəfər xəsarət alıblar.

Onlar Goranboy rayonunun Ağamalı kənd sakinləridir.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***21:41

Göygöl rayonunda yol qəzasına düşənlər bir ailənin üzvləridir.

Xəsarət alanlar arasında azyaşlılar da var.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***20:50

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Report.az)

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »