Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiçik və orta sahibkarlar 126 milyard dollar itirəcəklər

2020-ci ildə kiçik və orta sahibkarlığın qlobal itkiləri ən azı 126 milyard dollar təşkil edəcək. Bu rəqəm Beynəlxalq Ticarət Mərkəzinin hazırladığı “Kiçik və orta sahibkarlığın(KOS) rəqabətqabiliyyətlilik perspektivləri” adlı hesabatda əksini tapıb.

Koronavirus pandemiyası çatdırılma zəncirinin bütün dünya boyu qırılmasına gətirib çıxarmaqla ticarətə dağıdıcı təsir göstərib.

Epidemiyanın ilk ayında dünyada KOS-ların 55 faizinin mənfi təsirə məruz qaldığı aydın olub. Ən çox itkiyə xidmət sektoru məruz qalıb. KOS-a ən çox zərər ABŞ, Çin və Avropa Birliyinə giriş-çıxışa qoyulan məhdudiyyətlər üzündən dəyib. Hansı ki, qlobal ixracın 64 faizi, idxalın isə 63 faizi bu ərazilərin payına düşür.

ABŞ, Avropa Birliyi və Çində zavodların dayanması üzündən yalnız bu ölkələrdəki müəssisələr deyil, inkişaf etməkdə olan ölkələrdəki biznes də çoxmilyardlıq zərərlə üzləşir. Məsələn, Afrikanın ixraca işləyən KOS-larının itkisi 2,4 milyard dollardan yuxarıdır ki, bunun 70 faizi Avropa Birliyindəki məhdudiyyətlərə görə yaranıb. (Musavat.com)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »