Kişilər arasında dünyanın ən güclü tennisçisi sayılan Novak Cokoviç koronavirusa yoluxub.
“Adria Tour” turnirindən sonrakı test müsbət nəticə verib.

Bizimyol.info xəbər verir ki, Cokoviç yarışın gedişində testdən imtina edib. Amma serb onun bütün komandasının turnirdən sonra müayinədən keçəcəyinə söz vermişdi. Cokoviç Serbiyaya qayıdan kimi testə razılaşıb. Onda COVİD-19 aşkarlanıb. Buna baxmayaraq, Cokoviç vaksin vurdurmaq istəmir.
Hələ bir müddət əvvəl tennisçilərin beynəlxalq yarışlara vaksindən sonra çıxması müzakirə edilirdi. Cokoviç həm onda, həm də indi məsələyə sərt reaksiya verməklə seçilib. Serb tennisçi bu variantı yaxına buraxmır. Belə olacağı halda Cokoviç karyerası ilə bağlı qərar verəcəyini bildirir.
Dünyanın ən güclü tennisçisi indiyə qədər “Böyük dəbilqə” turnirlərində 17 dəfə qalib gəlib.