Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada virusa yoluxanların sayı hər gün azalır

Rusiyada koronavirusla bağlı vəziyyət bir az sabitləşib. Virusa yoluxanların sayı hər gün azalır.

Bizimyol.info xəbər verir ki, son sutka ərzində Rusiyada daha 7425 nəfərin infeksiya testi müsbət nəticə verib. Beləliklə, ümumi say 599 min 705-ə çatıb. İndiyə qədər bu ölkədə virusa yoluxanların 8359-u həyatını itirib.

Rusiyada dünən 7600, srağagün isə 7728 nəfərdə infeksiya aşkarlanmışdı. Say bir müddətdir yalnız azalan xətlə gedir. Qonşu ölkədə bunu havaların çox istiləşməsi ilə bağlayırlar. Sayın azalmaqda davam edəcəyi gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların ümumi sayı 9.25 milyon nəfəri keçib. Günün sonuna qədər sayın 10 milyona çatması mümkündür. Ümumilikdə 475 mindən çox insan infeksiyaya görə həyatla vidalaşıb.

Virus ən çox ABŞ-da qeydə alınıb (2.4 milyon nəfərdən çox). Braziliyada koronavirusa yoluxanların sayı 1 milyon 100 mini keçib. Rusiya üçüncü yerdədir.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »