Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Əsədovun ailəsinin ABŞ-da milyonluq mənzil planı

Mili Məclisin keçmiş spikeri Oqtay Əsədovun həyat yoldaşı Nyu-Yorkda mülk almaq istəyirmiş.

Zemfira Əsədova 2009-cu ilin martında Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 milyon 825 min dollar olan üçotaqlı mənzili (axırıncı dəfə bazar qiymətinin 3.5 milyon dollara qədər yüksəlməsi məlum idi) almaq barədə “Douglas Elliman Real Estate” əmlak şirkəti ilə razılaşma əldə edibmiş. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial mediada yazıb.

Zemfira Əsədova Zemfira Əsədova

Bizimyol.info xəbər verir ki, Oqtay Əsədovun həyat yoldaşı Nyu-York, Manhatten, 243 W 60th St APT 3B ünvanındakı mənzil üçün məbləğin ilkin 182.5 min dollarını müqavilə imzalayarkən, qalan 1 milyon 642 min 500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli imiş. Vəsait “JPMorgan Chase Bank”la “Belkin Burden Wenig & Goldman, LLP”-nin hesabına ödənməliymiş. Amma Əsədovlar son anda mənzili almaqdan imtina ediblər. Elə həmin ilin avqustunda mənzil göstərilən qiymətə başqa müştəriyə satılıb.

Əsədovlar Nyu-Yorkdakı mənzili əldən versələr də, mülk almaq sevdasından əl çəkməyiblər. Bundan bir müddət sonra Oqtay Əsədov Türkiyədə istəyini həyata keçirib.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »