Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilidən Putinlə təkbətək görüşü haqda açıqlama: "Dırnaqlarını dizimə sancdı, hədələdi"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşünü xatırlayıb.

Gürcü siyasətçinin sözlərinə görə, görüş 2006-cı ildə Minskdə MDB ölkələrinin sammitindıə baş tutub.

Bizimyol.info xəbər verir ki, Putin söhbət üçün Saakaşvilini ayrıca otağa aparıb. Gürcüstanın keçmiş prezidenti hətta otağın yarıqaranlıq olduğunu xatırlayır: “Dırnaqlarını dizimə sancdı. Üzbəüz söhbət etdik. Məni müharibə ilə hədələdi”.

Saakaşvili bütün bunları “Youtube” portalında jurnalist Dmitri Qordona müsahibəsində deyib. Məşhur siyasətçi bildirir ki, Putin zarafat etmirmiş. Saakaşvili müsahibəsində çox şeydən: müxtəlif liderlərlə münasibətlərdən, perspektivlərindən, gürcülərin onu niyə qiymətləndirməməsindən danışıb.

Fevralda ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker məhz Saakaşvilinin Putin haqda danışarkən istifadə etdiyi sərt ritorikanın 2008-ci il müharibəsinə səbəb olduğunu demişdi. Onun fikrincə, həmin çıxışlar Rusiya prezidentini özündən çıxarmışdı, aqressivləşdirmişdi.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olmuşdu. İkinci prezidentlik müddətinin əvvəllərində siyasətçi gürcü qoşunlarının Cənubi Osetiyaya daxil olmasına qərar vermişdi. Onda bu ərazi Gürcüstanın nəzarətindən kənarda qalmışdı. Amma proses Gürcüstan üçün yaxşı bitməmişdi. Rusiya ordusu Tbilisinin yaxınlığına qədər gəlib çıxmışdı. Sonradan ruslar Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdığını bəyan etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »