Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozanlar saxlanılıb

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər. Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə, və R.Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »