Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə klubu baş məşqçini açıqlamasına görə qovdu

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandası baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə əyalət təmsilçisinin prezidenti Fatih Mert məlumat verib.

Funksioner baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini söyləyib. Klub prezidenti Akçayın verdiyi açıqlamaya görə göndərildiyini bildirib.

Qeyd edək ki, Mustafa Reşit Akçay daha öncə sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyi söyləyib. "Ankaragücü" növbəti həftə Türkiyə Super Liqasında səfərdə "Trabzonspor"un qonağı olacaq.

Son xəbərlər
Bütün xəbərlər »