Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: Düzgün qərarlar verilməsə, yenə başa dönəcəyik

Yayın gəlişi ilə koronavirusa qalib gələrik deyə düşünsək də, virus bir az da gücləndi. Əvvəlki kimi öldürücü gücdə olmasa belə, yoluxma sayı yüksələn xətlə inkişaf edir. Bu gedişlə bizi xəstəliklər mövsümündə, yəni payızda, qışda nə gözləyir? Özümüzü necə hazırlamalıyıq və ümumiyyətlə nəyə hazırlamalıyıq?

Bizimyol.info-nun suallarını doktor Müşfiq Hüseynov cavablandırır.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Avropada sərhədlər qismən açılandan və daxili reyslər bərpa ediləndən sonra yeni “dalğa”nın olacağı gözlənilən idi. Artıq Portuqaliyanın bəzi bölgələrində kafelərin iş saatı qısaldılıb. Amma mən bunun ciddi fəsada, 2 ay əvvəlki vəziyyətə qayıdacağına inanmıram. Avropa vahid orqanizm və hardasa vahid mentalitetdədir. Ayrı-ayrı dillərdə danışsalar da, eyni azadlıq və demokratik ideyaların daşıyıcılarıdır. Onlarda insanlara “maska taxın” deməyə və ya cərimələyə ehtiyac yoxdur. Hər bir avropalı üçün dünyada ən vacib iş- öz təhlükəsizliyini qorumaqdır. Onlar bir səhvi iki dəfə etməzlər. Əhalinin əksər, xüsusilə də xəstə, yaşlı və immuniteti zəif hissəsi “bu oyundur, çip qoyacaqlar və ya kimsə vaksindən qazanacaq” kimi boş, mənasız sözlərə yox fikirlərə yox, şəxsi təhlükəsizliyinə fikir verir”,- deyən doktor xəstəliklərə hazır olmaq və orqanizmimizi gücləndirmək üçün təkliflər də səsləndirib.

“Payız və qış əbədi olaraq bu tip xəstəliklərin çoxaldığı və kütləvi hal aldığı aylardır. Ona görə də, qışın “bazası” yayda və erkən payızda qoyulmalı, insanlar dənizdə günəşlənməli, meyvə və giləmeyvə yeməli, dağlarda gəzməli və meşə havası udmalıdır. Bunlarsız dünyanın heç bir dərmanı sizin immuniteti qaldıra bilməz. Ən güclü immunitet , təbiətin verdiyi təbii qida, meyvə, təmiz hava, dəniz, günəş və sağlam həyatdır.

“Düşünürəm ki, eyni şərtlərlə ikinci karantin çıxış yolu deyil. Amma dövlət qərar verib və bizim borcumuz bu qərara hörmət etməkdir. Artıq ikinci karantinin bitməsini gözləmək lazımdlr. Ümid edirəm ki, paralel aparılan maariflənmə işi ilə əhalinin xəstələnmə tempi aşağı düşəcək. Xəstəxanalardakı yüklənməni mütləq azaltmaq lazımdlr. 5 iyuldan sonra müvafiq orqanlar gərək sonrakı atacaqları addımları doğru müəyyən etsinlər, yoxsa yenə başa dönəcəyik. Mütləq yollar açılmalı, şəhərə ucuz meyvə-tərəvəz gəlməli, insanlar bölgələr dincəlməyə getməli, şəhər boşalmalıdır. Əyər əhaliyə dincəlmək, yemək və stresi azaltmaq imkanl verilməsə son payız və qış aylarında olacaqları heç kim proqnozlaşdıra bilməz”.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »