İyun ayının üçüncü ongünlüyü başa çatmaq üzrə olmasına baxmayaraq, hələ də hektarlarla buğda və arpa sahəsi biçilməmiş qalıb. Kəndlilərin il boyu xərc, əzab-əziyyət çəkib yetişdirdikləri taxıl gözləri önündə zay olur.
“Başqa kəndlərdə taxıl zəmilərində biçin gedir. Şəmkir rayon İrmaşlı kəndində isə taxıl zəmiləri isə susuzluqdan məhv olur”.
Bu barədə Bizimyol.info-ya İrmaşlı kənd sakini Aqil Əliyev bildirib.
Sakin taxıl zəmilərinin su ilə təmin olunması üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə müraciət edib: “Əhməd Əhmədzadə Şəmkiri tanıyır, bu rayonun 4 il icra başçı olub. İrmaşlı kəndinin su problemini həll edəcəyinə ümid edirik.
Toxuma, əkinə, gübrəsinə kəndlilər nə qədər pul verib, zəhmət çəkiblər. Əziyyətləri boşa getdi”.
Ramid İbrahimov