Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosda insan orqanizmində baş verənlər barədə bilmədikləriniz

İnsan kosmosda nə qədər qala bilər? Hələlik elm bu suala birmənalı cavab tapa bilməyib. Kosmosa hər yeni uçuşla informasiya yenilənir, yeni bilgilər əldə olunur. Lakin, bilinən bir gerçək var. Müasir texnologiyalar ilə kosmosda uzunmüddətli qalmaq insan sağlamlığı üçün təhlükəlidir.

Bizimyol.info-nun xəbərinə görə, kosmosda ən uzun müddətli qalma rekordu rusiyalı astronavt Valeri Polyakova məxsusdur. O 20 il öncə kosmosda 437 gün qalıb. İlk uçuşunda kosmosda 240 gün keçirən Valeri ikinci dəfə 437 günlə rekord vurdu. Sergey Krikalev isə 6 uçuşda ümumilikdə 803 gün Yerin orbitindən kənarda qalıb.

Kosmos insan üçün qonaqpərvər deyil, insan fiziologiyası qravitasiya olmadan yaşamağa qadir deyil. Bədənin əzələləri sözün həqiqi mənasında Yerin cazibə qüvvəsinə qarşı müqavimət göstərir. Kosmosda isə bu olmadığına görə, əzələlər dəyişikliyə uğrayır və gücdən düşür. Bu bütün əzələlərə, hətta ürək və göz əzələlərinə də aiddir. İstisna yoxdur.

Sklet sümükləri isə yerdəki ağırlığa məruz qalmadığına görə, regenerasiya prosesi onlarda dayanır. Sümük toxumaları zəifləyir və orqanizm tərəfindən udulur, sümüklər o qədər zəifləyir ki, bərpası mümkünsüz hala gəlir.

Kosmosda uzun müddət qalmaq immun sisteminin işinə də mənfi təsir edir. Düzdür, kosmosda hansısa virusa yoluxmaq riski böyük deyil, lakin immun sisteminin çökməsi hiperhəssaslığa və autoimmun reaksiyalara səbəb olur.

kosmos ay

Mikroqravitasiyadan əlavə, radiasiya şüalanması da kosmosun insan üçün təhlükələrindən biridir. Kosmonavtlar kosmik və günəş radiasiyalarına, geomaqnit sahəsi ilə bağlı kosmik hissəciklər və onların şüalarına məruz qalırlar. Bütün bu radiasiya şüaları o qədər güclüdür ki, hətta kosmonavt gözünü yumsa belə, parlaq enerji partlamalır görür və bu optik sinirlərə təsirin nəticəsidir.

Radiasiyanın təsiri ilə hüceyrələr ölür və bu müxtəlif mutasiyalara xərçəng şişlərinin yaranamasına səbəb ola bilər. Eyni zamanda genetik səviyyədə dəyişikliklər də mümkündür. Orqanizmimizin bir sıra sistemləri radiasiyaya qarşı hiper həssaslığa malikdir ki bu da immun sistenminin dağılmasına, sümük iliyi problemlərinə və gözdə katarakta yaranmasına gətirib çıxarar.

Alimlər kosmosda qalmağın neqativ nəticələrini aradan qaldırmaq üçün müxtəlif metodlar düşünürlər. Lakin bəla burasındadır ki, müdafiə sistemi özü ikinci şüalanma səbəbi ola bilir. Hissəciklər qoruyucu materiala dəyərkən qamma şüalar və aktiv neyronlar ayrılmağa başlayır.

Qısası, kosmosa uçmaq mümkündür, lakin orda yaşamaq barədə danışmaq hələ tezdir. Aya, Marsa koloniya yerləşdirmək planları barədə eşitmişik, Yupiterin peykinə də uçuş planlanır. Yəqin ki, bütün fantastik görünən xəyalların həqiqət olması üçün uzun illər lazım gəlməyəcək. Çünki, bütün çətin görünən planların arxasında dəlicə arzu, tükənməz istək və böyük xəyal gücü dayanır.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »