Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstanın keçmiş prezidenti azadlıqdan məhrum edildi

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi və mal-mülkünün müsadirə olunması barədə hökm çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Qırğız Respublikasının KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl A.Atambayevin prezident kürsüsünə gəlmək üçün qanun pozuntularına yol verməsinə dair ölkə parlamentində yaradılmış komissiya sabiq dövlət başçısının qanunsuz əməlləri arasında Əziz Batukayevi azad etmək məsələsini də müəyyənləşdirib. Məsələ ilə bağlı üç nəfər vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib.

Ə.Batukayev 2006-cı ilin avqust ayında bir sıra ağır və xüsusi ağır cinayət törətməkdə təqsirli bilinərək 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

A.Atambayev bu il avqustun 8-də paytaxt yaxınlığında yerləşən Koy Taş kəndindəki evində tərəfdarları bir müddət polisə müqavimət göstərəndən sonra həbs olunmuşdu.

Xatırladaq ki, Almazbek Atambayev 2011-ci il dekabrın 1-dən 2017-ci il noyabrın 24-dək Qırğız Respublikasının prezidenti olub.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »