Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis 20 kiloqramdan artıq narkotik aşkarlayıb

Ölkə ərazisinə qanunsuz yolla gətirilən 20 kiloqramdan artıq narkotik vasitənin dövriyyəyə buraxılmasının qarşısı polislər tərəfindən alınıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov saxlanılıblar. Şəxsi axtarış aparılan zamanı Z.Zeynalovdan 76,38 qram heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kiloqram 7 qram qurudulmuş maixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkar olunaraq götürülüb. Səbuhi Hüseynov paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı S.Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qtram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Beləliklə sonuncu əməliyyat nəticəsində Xətai RPİ əməkdaşları tərəfindən ümumilikdə 471 qram heroin, 472,7 qram tiryək, 778,18 qram həşiş və 23 kiloqram 21 qram marixuananın qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs hələlik adı istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adlı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra Zahir Zeynalov və Səbuhi Hüseynov narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli imişlər. O, isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanı onlara göndərməli imiş.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »