Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şabranda içməli su problemi – Video
Sabran bulaq - Susuzluq

“Şabran rayonu Taxtalar kəndinin sakinləri uzun müddətdir içməli su problemindən əziyyət çəkirlər”.

Bu barədə Bizimyol.info-ya Taxtalar kənd sakini Nail Ağagülov bildirib.

Kənd sakini qeyd edib ki, bu problemlə bağlı dəfələrlə mərkəzi və yerli icra hakimiyyətinə, bələdiyyəyə müraciət edilib: “İcra başçısının müavini Natavan Mustafayeva bizi qəbul edərək su problemimizi həll edəcəyini vəd edib. O, Şabran Sukanal Sahəsinin rəisi Qalib Dəmirovu çağırdı. O, da su probleminin həllinin həll olunacağını dedi. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun da Şabranda vətəndaşları qəbul edərkən də bildirdi ki, su problemi həll olunacaq. Amma problem həll olunmadı”.

Şikayətçi qeyd edib ki, Şabran Sukanal Sahəsinin rəisi Qalib Dəmirov əhaliyə 35-40 manata su maşını ilə su satır.

Məsələ ilə bağlı olaraq “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizimyol.info-ya bildirib ki, Taxtalar kəndinə su xətti çəkilir: “Hər gün Regional Sukanal İdarəsi tərəfindən Taxtalar kəndinə 10 tonluq su maşını ilə su verilir. Şabrandan həmin kəndə su xətti çəkilir. Kənddə ictimai bulaqlar istifadəyə veriləcək. İnsanların içməli suya tələbatı tam təmin ediləcək”.

Ramid İbrahimov

Paylaş »
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »