Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya ikinci dalğanı yaşayır? - Vahid elmi rəy yoxdur

İspaniyanın Araqon bölgəsinin Ueska əyalətində karantin tədbirləri yenidən tətbiq olunacaq. Bu ərazidə koronavirus infeksiyasının yenidən yayılması aşkarlanıb. Bu, Avropa İttifaqına üzv olan dövlətlərdə karantin bitdikdən sonra yeni məhdudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Bolqarıstanda yenidən qoruyucu maskaların istifadəsi məcburi hala gətirilib. Ölkənin səhiyyə naziri Kiril Ananiyev qeyd edib ki, son günlər ölkədə COVİD-19 –un yenidən tüğyana başlaması qadağaların da gücləndirilməsi ilə müşaiyət olunmalıdır.

Nazir bildirib ki, kinoteatrlarda, restoranlarda, ictimai nəqliyyatda maskaların istifadəsi məcburi olmalıdır. Mağazalara girərəkən sosial məsafə qorunmalıdır.Bu ayın sonunda karantin qaydalarının uzadılıb uzadılmayacağı barədə qərar veriləcək.

Ukraynanın Odessa şəhərində də iyunun 22-dən etibarən karantin rejimi gücləndirilib. İstirahət zonaları və uşaq müəssisələrinin işi dayandırılıb. İctimai yerlərdə qoruyucu maskalardan istifadə zəruridir.Çimərliklərdə 1,5 metrlik sosial məsafə qadağası tətbiq olunur.

Daşkənddə kvartalların bəziləri “qırmızı” bölgələrə aid olduğundan o ərazilərə giriş-çıxışlar bağlanacaq. Hazırda paytaxt özü “sarı” bölgə olsa da, şəhərin 513 məhəlləsindən (kvartal) 71-i yoluxma vəziyyətinə görə “qırmızı” bölgəyə çevrilib.

Rusiyanın Kostanay vilayətində hər gün 50-100 nəfərin yoluxması xəbəri ,yoluxanların ümumi sayının 518 nəfərə çatması vilayət rəhbərliyini təcili tədbir görməyə məcbur edib.

Araşdırmalar nəticəsində məlum olub ki, 15-21 iyun tarixində xəstəliyin artım tempi 94 faiz təşkil edib.

Bu qorxuducu fakt əslində bütün dövlətlərin rəhbərliyini narahat etməkdədir. Bəs niyə belə oldu? ÜST bir müddət əvvəl mövcud vəziyyətdə, əsasən də Avropada pandemiyanın ikinci dalğasının başlanmasının sadəcə vaxt məsələsi olduğu barədə xəbərdarlıq etmişdi.

Bəs ikinci dalğa nə deməkdir?Bunu daha rahat anlamaq üçün dənizdəki dalğaları yada salın.Yoluxanların sayı artır və sonra azalır. Hər dəfə yüksəliş sayı pik həddə çatanda bu bir dalğa deməkdir.Qəribədir ki, hazırda pandemiyanın ikinci dalğasının olub- olmaması barədə vahid elmi rəy yoxdur. Britaniyalı alim, virusoloq Mayk Tildesli bildirib ki, virusun dalğasının ötüşdüyünü söyləmək üçün ilk növbədə hökumət onu nəzarət altına almağaı bacarmalıdır.Əgər güclü artım qeydə alınırsa, ikinci dalğa barədə danışmağa dəyər. Məsələn uzun fasilədən sonra yeni Zelandiya və ya Pekində az sayda yoluxmanın baş verməsi ikinci dalğa demək deyil.Lakin bir sıra mütəxəssislər İranda baş verənləri ikinci dalğa adlandırırlar.Mənə belə gəlir ki, əslində hər şey bizim qərarlarımızdan asılıdır. İndi bizim qarşımızda çox böyük, qlobal səviyyəli qeyri- müəyyənlik var, açığını desəm bu məni qorxudur və bəşəriyyət üçün ürküdücüdür”,- deyən alim ikinci dalğanı yaradan səbəblər barəsində də danışıb.

“Karantin qaydalarının həddən artıq yumşaldılması virusun yenidən güclənməsinə səbəb verəcək. Bütün dünyada lokdaun rejimi insanların həyatına və ölkələrin iqtisadiyyatına zərbələr vurdu. Lakin bu rejim virusa nəzarət etməyi öyrətdi. Adi gündəlik həyatımız üçün məhvedici təsirlərə səbəb olmadan virusu nəzarət altında saxlamaq indi bütün dünyanı düşündürən ənj vacib məslədir”,-deyə professor qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »