Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropada virusla bağlı vəziyyət pisləşir: İkinci dalğa başlayır
Berlin, Almaniya

İlk baxışdan Avropada koronavirusla mübarizədə uğurlar nəzərə çarpsa da, bəzi yerlərdə karantin qaydaları sərtləşdirilir. İspaniyanın Araqon bölgəsində, Ueska vilayətində yenidən karantin rejimi tətbiq olunur.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsinin bir çox yerlərində yoluxmaların sayı artıb. Yeni qadağalar tətbiq olunmağa başlayıb. Avropa İttifaqı üzvləri arasında ilk dəfədir geriyə addım atılır.

Mütəxəssislər hesab edir ki, yoluxmaların səbəbkarı mövsümi işçilərdir. İndi məhsul yığımı vaxtıdır, İspaniyaya başqa ölkələrdən tarlalarda çalışmağa insanlar gəlir. Amma iş orasındadır ki, Madriddə və Barselonada da yoluxmalar artıb.

Almaniyada da həyəcan təbili çalırlar. Şimali Reyn-Vestfaliya torpaqlarındakı ət kombinatlarında çoxlu yoluxma halları qeydə alınıb. Azı 1500 nəfərdə infeksiya aşkarlanıb. Yerli sakinlərdən Berut Ryurup “Euronews”a bunları deyib: “Əlbəttə, psixoloji cəhətdən heç asan deyil. Amma insanlar daha yaxşı anlamağa başlayıb ki, həqiqətən də çətindir və onların cəhdlərindən, intizamından çox şey asılıdır”.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, Avropada ikinci dalğanın müşahidəsi gün məsələsidir. Yeni yoluxmalar isə Böyük Britaniyada da çoxalıb. Xüsusilə Uelsdə vəziyyət pisliyə doğru dəyişib.

London, İngiltərə London, İngiltərə | Foto: Pixabay.com

Portuqaliya birbaşa kafelərə, restoranlara, barlara, mağazalara aiddiyyəti olan komendant saatı tətbiq edib. Hələlik söhbət yalnız paytaxt Lissabondan və şəhər ətrafından gedir. Ölkənin baş naziri Antoniu Koşta axşam saat 8-dən hər yerin bağlanacağını bildirib.

Paylaş »
››› İqbal Ağazadədən Lavrovun açıqlamasına cavab: Hərb yoluyla 4 rayonumuzu azad etməliyik
››› “Müharibə an məsələsidir”
››› Elmar Vəliyevin ağlını itirməsi barədə xəbərlər yayılıb
››› Hərbçilərə əsgər salamı verən balaca məktəbliyə xüsusi təklif gəldi - Foto
››› Millət vəkili: “Bəzi məmurların övladlarını xaricə göndərməsi barədə məlumatlar var"
Son xəbərlər
Bütün xəbərlər »