Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank-dan müştərilərə qarşı incə jest - Foto

Pandemiya dövründə insanların xüsusən bankların qarşısında sıx toplanması, sosial məsafəni qorumaması narahatlıq yaradırdı. Bankların qarşısında oturacaqların olmaması səbəbi ilə insanlar içəriyə girməyə çalışır, sıx toplaşmaqla həm özlərinə, həm də bank işçilərinə təhlükə yaradırdılar.

Dünəndən etibarən Unibank həm vətəndaşların, həm də öz əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün maraqlı addım atıb. Bankın binasının qarşısında, kölgəlikdə stullar düzülüb, gələn müştərilərə sərin su təqdim edilib.

“Yaxşı, faydalı təcrübələr dəstəklənməli, tətbiq olunmalıdır. Biz də dəstəklədik və tətbiq etdik .

Sosial məsafəni qorumaq, gözləmək üçün rahat stul, sərin su - bunların hamısı vəziyyəti daha yaxşılaşdırmaq üçündür. Amma ən yaxşı variant evinizdə oturub Unibankın onlayn xidmətlərindən istifadə etməkdir. Pul köçürməsini də, kredit ödənişini də, hökumət ödənişlərini də, depozit artımını da, onlarla başqa bank xidmətini də evdə qalaraq etmək mümkündür. İnanırıq ki, evdən bank xidmətindən faydalanan müştərilərin sayı daha da artacaq”.

Bizimyol.info xəbər verir ki, bu fikri Unibankın mətbuat xidmətinin rəhbəri Sülhiyyə Şirinova səsləndirib.

Bu şəkildə qarşılanmaq bank müştərilərini mənun edib. Ümid edirik ki, eyni təcrübəni digər banklar da tətbiq edər.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »