Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adil Qeybulla: Koronavirus testlərinə güvənmək olmaz

“Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər. Tək testə güvənmək olmaz”.

Bu fikirləri professor Adil Qeybulla səsləndirib. Bizimyol.info xəbər verir ki, doktor artıq həkim çatışmazlığı hiss olunduğunu söyləyib:

Adil Qeybulla Adil Qeybulla

“Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə.

"Böyük bir yoluxma potensialı ilə üz-üzəyik. İnsanlarda COVİD-in klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret COVİD xarakterli dəyişiklik, "buzlu şüşə" sindromu və s., bu, o deməkdir ki, xəstə yataq rejiminə keçirilməli və müalicə almalıdır. Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir. Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir”,- deyən həkim xəstəxanalarda koronavirrusa yoluxan xəstələrin müalicə qaydası haqqında da danışıb. O eyni zamanda gərəksiz yerə apteklərə üz tutub dərman ehtiyatı toplayanlara da müraciət edib.

Yalnız "Remdesivir", hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir. Apteklərdə "Arbidol" axtaranlar bilsinlər ki, o dərman faydasızdır. Daha çox vitaminlər və immun sistemdə paradoksal reaksiya getsə, "imunasupresoare"lərdən istifadə olunmalıdır. Müalicə üçün antibiotiklərdən istifadə olunur, qızdırmanı salmaq, qanı durulaşdırmaq üçün isə "Parasetamol" və s. Bu virus 8-9 aya yoxa çıxacaq. Ona qədər qorunmaq lazımdır”,- deyə doctor bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »