Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa koronavirusa görə müxtəlif qərarlar alır

İyunun 23-dən etibarən Portuqaliyada karantin qaydaları sərtləşdirilib və mağazalar üçün komendant saatı tətbiq edilib

Bizimyol.info İnterfaks-a istinadən xəbər verir ki, Portuqaliyanın baş naziri Antonio Koştu 15 rayon və bələdiyyədə vəziyyətin koronavirusa görə gərgin halda olduğunu söyləyib.Kafe və mağazalar axşam saat 8-ə qədər işləyəcək, insanlar 10 nəfərdən artıq qruplarla toplaşa bilməyəcək.

Fransanın Nitse şəhərində isə iyunun 21-dən karantin elan edilib.

Kurort şəhəri olan Nitsedə insanların kütləvi şəkildə sahillərə axışması şəhər merini sərt tədbirlər almağa məcbur edib. O dronlar vasitəsilə polisin nəzarətinə yardım etmək barədə göstəriş verib.

Bununla belə, Fransanın digər şəhərlərində məktəb və uşaq bağçalarının açılması planlaşdırılır.Eyni zamanda Almaniya, İtaliya və İspaniya da müxtəlif şəhərlərində normallaşma addımlarının aparılması barədə müzakirələrə başlayıb.

İlhamə Rəsulova

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »