Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərbərxanada bıçaqlanan gənc xəstəxanada ölüb

Bərdədə rayonunda bərbərxanada bıçaqlanan gənc xəstəxanada ölüb.

Bizimyol.info xəbər verir ki, Bərdə rayon Prokurorluğundan verilən məlumata görə,iyunun 22-də saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »