Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldu A Seriyasının tarixinə düşdü

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu A Seriyasında ən çox qol vuran portuqaliyalı oyunçu olub.

Forvard XXVII turda "Bolonya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib və İtaliya çempionatında 43-cü qoluna imza atıb. O, bu göstəriciyə görə "Milan" və "Fiorentina"nın sabiq portuqaliyalı futbolçusu Ruy Koşta-nı geridə qoyub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. O, cari mövsüm Turin təmsilçisinin heyətində 35 oyunda meydanda olub, 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »