Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-Çin ticarət sazişinin pozulması xəbərinə aydınlıq gətirdi

ABŞ lideri Donald Tramp Birləşmiş Ştatlarla Çin arasında ticarət sazişinin sonu haqqında yayılan xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində bildirib.

"Çinlə ticarət sazişi tam saxlanılıb. Ümid edirəm, onlar (Çin - red) razılaşmanın şərtlərini yerinə yetirməyə davam edəcəklər!" - dövlət başçısı “Twitter”də yazıb.

Daha əvvəl Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı Piter Navarro “Fox News Channel” telekanalına bildirib ki, Tramp Uhan şəhərində laboratoriyadan yayılmış yeni koronavirus mənşəyində kəşfiyyatın artan əminliyinin fonunda Çin Xalq Respublikası ilə razılaşmanın qüvvədə olmasını dayandırmaq niyyətindədir.

"Budur dönüş anı. Onlar yanvarın 15-də bura ticarət sazişini imzalamağa gəldilər və artıq o vaxtdan tam iki ay keçdi, onlar bildilər ki, virus yayılır", - Navarro əlavə edib.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »