Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistan və Qazaxıstanda karantin sərtləşdirildi

Özbəkistan hökuməti koronavirusa yoluxma faktının artdığı Daşkənd məhəllələrində karantin rejimini sərtləşdirmək qərarı alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistanın Nazirlər Kabinetinin Oeprativ Qərargahı məlumat yayıb. Bildirilir ki, binaların girişlərində postlar qurulacaq və 24 saatlıq növbətçilik sistemi əsasında nəzarət olacaq. Hazırda Daşkənd “sarı zona” elan edilib. Paytaxtın 71 məhəlləsi iyunun 17-dən “qırmızı zona”ya daxil olunub.

Xatırladaq ki, Özbəkistanda Covid-19-a ilk yoluxma faktı martın 15-də qeydə alınıb. Ölkədə 6401 nəfər virusa yoluxub, 19 nəfər ölüb, 4450 nəfər sağalıb.

Özbəkistanda karantin rejimi avqustun 1-dək uzadılıb.

Qazaxıstanın Almatı şəhərində də koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşdiyindən əlavə məhdudlaşdırıcı tədbirlər görülüb. Bu barədə ölkənin baş sanitar həkimi Jandarbek Bekşin Qazaxıstan KİV-nə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət sakinlərin özünənəzarətindən asılıdır:

“Sirr deyil ki, koronavirusa yoluxmanın baş verdiyi əsas yerlər insanların kütləvi toplaşdığı yerlər və ictimai nəqliyyatdır. Məhz buna görə bu həftəsonu ictimai yerlərə giriş məhdudlaşdırılıb və kütləvi dezinfeksiya töədbirləri görülür. Dezinfeksiya koronavirusa qarşı əsas profilaktika hesab edilir və bu səbəbdən şəxsi gigiyena qaydalarını gözləmək, əlləri yumaq, evlərdə dezinfeksiyaedici vasitələrdən istifadə etmək lazımdır”.

Xatırladaq ki, 20-21 iyun tarixlərində Qazaxıstanda məhdudlaşdırıcı tədbirlər gücləndirilmişdi.

Qeyd edək ki, Qazaxıstanda 17 min 732 nəfər koronavirusa yoluxub, 127 nəfər dünyasını dəyişib. 11 min 158 nəfər isə xəstəliyə qalib gəlib.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »