Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail hökuməti koronavirusun ikinci dalğasının başladığını elan edib

İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi və Hərbi kəşfiyyat İdarəsi nəzdində fəaliyyət göstərən Koronavirusa qarşı mübarizə Mərkəzinin birgə hesabatında bildirilib.

Qeyd edilib ki, epidemiyanın ikinci dalğası iyul ayında minlərlə yeni yoluxmaya və yüzlərlə ölüm hallarına səbəb olacaq.

“Yeni dalğa əvvəlkindən xüsusiyyətlərinə görə fərqlənəcək, lakin bu o qədər də ciddi olmayacaq. Mövcud vəziyyətlə bağlı ciddi karantin rejimi yenidən tətbiq edilə bilər” – hesabatda vurğulanıb.

Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadə və koronavirusun qarşısını almaq üçün digər tədbirləri ciddiyə almamasından narahatlığını bildirib.

Səhiyyə Nazirliyi, həmçinin, xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu bəyan edib.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »