Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni sevgilisinə məhəbbətini sübut etmək üçün keçmiş sevgilisini öldürdü - Foto

Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı oğlan keçmiş sevgilisini qətlə yetirib.

İşin maraqlı tərəfi odur ki, tələbə qətli yeni sevgilisinə məhəbbətini sübut etmək üçün həyata keçirib.

Bizimyol.info xəbər verir ki, Aleksandr Petrov planını piknikdə işə salıb. Əslində, plan istənilən kimi baş tutmayıb. Aleksandr keçmiş sevgilisi Yekaterina İvanovanı sərxoş edəndən sobnra öldürməliymiş.

Yekaterina İvanova, Aleksandr Petrov Yekaterina İvanova, Aleksandr Petrov

Amma qız heç cür sərxoş olmayıb. Petrovun isə çox gözləməyə səbri çatmayıb. O, əlini bıçağa ataraq, qızın boynunu nişan alıb. Yekaterina qaçmağa çalışsa da, ona oğlanın yeni sevgilisi Anastasiya Pospelova imkan verməyib. Çoxlu qan itirən İvanova hadisə yerində keçinib.

Yeni sevgililər qaçmağa çalışıb, amma uzağa gedə bilməyiblər. Hər ikisi həbs olunub. Onları 15 ilə qədər həbs cəzası gözləyir.

Petrov istintaqa ifadəsində keçmiş sevgilisinə görə Pospelova ilə çox mübahisə etdiklərini söyləyib. Oğlan qətldən sonra münasibətlərin qaydasına düşəcəyinə ümid edirmiş.

Son xəbərlər
Bütün xəbərlər »