Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Comedy Club”ın məşhur siması həyat yoldaşından ayrılır

Rusiyanın çox izlənilən şousu “Comedy Club”ın məşhurlarından Qarik Xarlamov indiki nikahına son qoyur.

Aktyorun həyat yoldaşı Kristina Asmus “Instagram” profilində bu haqda yazıb.

Bizimyol.info xəbər verir ki, aktrisa Xarlamovla nikaha son qoymaq qərarına gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, kimdəsə günah axtarmaq lazım deyil, ər-arvad dost kimi ayrılır.

Qarik Xarlamov, Kristina Asmus Qarik Xarlamov, Kristina Asmus

“Qarik Xarlamovla boşanırıq. Amma dərhal situasiyaya aydınləq gətirmək istəyirəm: burada nə “Tekst” filminin, nə izolyasiyanın, nə də üçüncü şəxsin günahı var. Yalnız biz günahkarıq”, - Asmus yazıb.

Aktrisanın “Tekst” filmindən bəhs etməsi təsadüfi deyil. Filmdəki açıq-saçıq səhnələr çox müzakirəyə səbəb olmuşdu. Hər imkandaca Xarlamova bu haqda sual verilirdi.

Asmus qəfil qərar vermədiklərini, azı bir ildir bunu müzakirə etdiklərini vurğlayıb. Daha çox övladlarına görə dost münasibətlərini qorumağa çalışacaqlar: “İstənilən halda ağrılı prosesdir. Buna görə də anlayışla qarşılamanızı istərdim”.

Asmus və Xarlamov 2013-cü ildə evlənmişdi. Bu nikahdan Anastasiya adlı qızları var.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »