Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərəcək

İran Tehran ətrafında vurulmuş Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin “qara qutu”sunu bir neçə gün ərzində Fransaya göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, İranın XİN rəhbəri kanadalı həmkarı ilə telefon danışığında rəsmi Tehranın Kiyevlə qabaqcadan kompensasiya problemini həll etmək və qəza ilə əlaqədar hüquqi məsələləri yoluna qoymaq barədə razılığa gəldiyini qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Kanadanın “Globe and Mail” qəzetinə müsahibəsində İran öhdəliklərini yerinə yetirməsə, ölkəsinin beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirmişdi.

Xatırladaq ki, 2020-ci ilin 8 yanvar tarixində Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 737-800 təyyarəsi Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya düşüb. 176 nəfərin ölümünə səbəb olan qəza İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni səhvən vurması nəticəsində baş verib.

Paylaş »
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Azərbaycanda bir neçə yüz manata olan ən brend içkilərin də saxtası var"
››› Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »