Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində itlərin kütləvi öldürüldüyü festival başladı

Koronavirusun yayılmasına görə hələ də əsas məsuliyyət Çinin üzərinə qoyulur. Dünya ictimaiyyəti daha çox vəhşi heyvan bazarlarının epidemiyanı yayması variantı üzərində dayanır.

Çin belə bazarların əksərini bağlasa da, ümumi yanaşma dəyişməyib.

Bizimyol.info xəbər verir ki, Çinin Yulin şəhərində itlərin kütləvi öldürüldüyü festival başlayıb. “Lychee and Dog Meat” 10 gün davam edəcək. İt əti festivalı hər il iyunun 21-də start götürür.

Festival ərzində azı 10 min it kəsilir. Ev heyvanının ətindən hazırlanan yeməklərlə yay gündönümü qeyd olunur. Festivalda Çin gavalısı və ya qozu adlanan liçinin də dadına baxılır. Çində hesab edirlər ki, belə ritual yayın istisini qovur.

Bu il festivalda 15 min itin öldürülməsi nəzərdə tutulub. “Humane Society International” təşkilatının rəhbəri Kler Bassın sözlərinə görə, ictimai fəallar festivalda piştaxtalardakı itlərin amansızlıqla qətlə yetirildiyini müşahidə edib. Bəzi heyvanların başı balta ilə parçalanıb. Festivaldakı vəhşiliyi pisləyən onlayn petisiya hazırlanıb, bura 1.5 milyon nəfər qoşulub.

Festival hər il heyvan haqları müdafiəçilərinin, hətta Çinin bir çox sakinlərinin tənqidinə səbəb olur. Yerli hökumət hələ 2014-c ildə festivalı dəstəkləmədəyini, eyni zamanda, qadağan etmədiyini açıqlamışdı. Həmin il Yan Syaoyun 150 min yuan xərcləyərək, 360 itin həyatını xilas etmişdi. Bundan bir il sonra isə məktəbli qız 7 min yuanından keçərək, daha 100 itə həyat vermişdi.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »