Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko ordudan kömək gözləyir

Aleksandr Lukaşenkonun Belarusda mövqeləri sarsılıb. Dövlət başçısı avqustdakı prezident seçkilərində uduza bilər. Belarusda heç vaxt olmadığı qədər siyasi fəallıq müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, Lukaşenko ordudan kömək gözləyir. Prezident 38-ci mühafizə qoşunları briqadası ilə görüş zamanı maraqlı ifadələr dilə gətirib. Lukaşenko ordudan cəmiyyətdə sabitlik və əmin-amanlığı təmin etməyi gözlədiyini deyib. Dövlət başçısı bunu əmr kimi qəbul etməyin vacibliyini vurğulayıb.

Lukaşenkonun fikrincə, Belarusun daxili işlərinə qarışmaq istəyənlər çoxdur. Prezident deyir ki, bəzi dövlətlər Belarusa müstəqil siyasi kurs seçdiyinə görə paxıllıq edirlər.

Lukaşenko 1994-cü ildən ölkəyə başçılıq edir. “Batya” avqustun 9-dakı seçkidə iştirak etməyi düşünür. Lukaşenko son bir ayda siyasi rəqiblərindən 4-nü həbs etdirib. “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babariko onun əsas rəqibi sayılır.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »